banner
banner

Dünya

Sisi Narışkini qəbul etdi

Sisi Narışkini qəbul etdi

Misir Prezidenti Əbdülfəttah əs-Sisi fevralın 13-də Qahirədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkini qəbul edib.

Axar.az xəbər verir ki, bu barədə Misir Prezidenti Dəftərxanasının rəsmi nümayəndəsi Bəssam Radi məlumat verib.

Misir Prezidenti iki ölkə arasında münasibətləri yüksək qiymətləndirib. O, Misirin Rusiya ilə qarşılıqlı münasibətləri bütün istiqamətlərdə daha da möhkəmləndirməyə tərəfdar olduğunu bildirib.

S.Narışkin regionda sülhün və sabitliyin bərqərar edilməsi prosesinin ən mühüm iştirakçılarından biri kimi Misirin rolunu qeyd edərək, xüsusilə terrorizmin regiona və bütün dünyaya təhlükə olduğu bir vaxtda iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

B.Radinin sözlərinə görə, tərəflər terrorizmə qarşı mübarizə məsələlərini müzakirə ediblər. Prezident Əbdülfəttah əs-Sisi xüsusi vurğulayıb ki, terrorizmi tamamilə aradan qaldırmaq üçün beynəlxalq birliyin səylərini birləşdirmək, bu zaman ayrı-ayrı terrorçu qruplaşmalar arasında fərq qoymamaq lazımdır.

Görüşdə Yaxın Şərq böhranının ayrı-ayrı dövlətlərin suverenliyinin və ərazi bütövlüyünün saxlanılması şərti ilə nizamlanması yolları ətrafında geniş fikir mübadiləsi aparılıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.