banner
banner

İdman

"Barselona" istəyinə çatdı

"Barselona" istəyinə çatdı

"Barselona" “Qremio”nun yarımmüdafiəçisi Artur Enrikenin transferi üçün qarşı tərəflə razılığa gəlib.
Uzun müddətdir Braziliya klubu ilə danışıqlar aparan Kataloniya təmsilçisi sonda istəyinə nail olub. İki klub arasındakı razılaşmaya əsasən, 21 yaşlı futbolçu bu ilin sonuna kimi hazırkı komandasında çıxış edəcək. 2019-cu ilin yanvarından etibarən isə “Barselona”nın formasını geyinəcək. La Liqanın liderinin bu keçid üçün qarşı tərəfə 25-30 milyon arası məbləğ ödəyəcəyi bildirilir.
Qeyd edək ki, tam adı Artur Enrike Ramos di Oliveyra Melo olan yarımmüdafiəçi “Qoyas” klubunun yetirməsidir. O, 2016-cı ildən “Qremio”da çıxış edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.