SON DƏQİQƏ! Çavuşoğlu Tillersonla Ankarada görüşür
Hazırda Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu ölkədə səfərdə olan ABŞ dövlət katibi Reks Tillersonla adanışıqlar aparır. Trend-in məlumatına görə, görüş Ankarada keçirilir.
Görüşdə əsas müzakirə mövzusunun Türkiyənin Afrində apardığı hərbi əməliyyatlar olduğu bildirilib.
Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və ABŞ-ın Dövlət katibi Reks Tillerson Ankarada görüşüblər. Görüş 3 saat 15 dəqiqə davam edib. Tərəflər, Afrində keçirilən "Zeytun budağı" əməliyyatını, eləcə də Suriya və İraqdakı vəziyyəti müzakirə ediblər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.