banner
banner

Dünya

İran İraqa hərbi yardım təklif edib

İran İraqa hərbi yardım təklif edib

İran iki ölkə arasında müdafiə və hərbi əməkdaşlıq haqqında imzalanmış Anlaşma Memorandumu çərçivəsində İraqı hərbi texnika və avadanlıq ilə təmin etməyə hazırdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü İranın Müdafiə Nazirliyi məlumat yayıb.

Müvafiq byanatla müdafiə nazirinin müavini Hacətullah əl-Qureyşi nazirlikdə baş tutan görüş zamanı çıxış edib.

"İran tərəfi İraqa silah, döyüş sursatı, zirehli texnika və artilleriya da daxil olmaqla hərbi yardım təklif edib. Hər iki tərəf bu təkliflərin öyrənilməsi, onların təsdiq edilməsi və zəruri silah və avadanlıqların seçilməsi üçün hər kateqoriya üzrə ixtisaslaşmış profil komitələrinin yaradılması barədə razılıq əldə edib", - deyə bəyanatda qeyd olunur.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.