banner
banner

İdman

Yenə "Qarabağ", yenə Mədətov

Yenə "Qarabağ", yenə Mədətov

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə 150-ci qol vurulub.

Trend PFL-ə istinadən məlumat verir ki, bu, XVI turun “Səbail” – “Qarabağ” görüşünə təsadüf edib. Çempionatın 64-cü görüşündə Ağdam klubuna qələbə qazandıran yeganə top yubiley xarakteri daşıyıb. Orta məhsuldarlığın 2,34 olduğu Premyer Liqanın 150-ci qolunu da Mahir Mədətov vurub. Bu 150 qoldan 75-i meydan sahibləri, 75-i qonaqların hesabındadır.

 

Maraqlıdır ki, mövsümün bütün yubiley qolları “Qarabağ”ın hesabındadır. Mahir isə 3-cü dəfə əlamətdar topa imza atıb. O, ilk və 50-ci qolların da müəllifidir. Mədətov 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşündə (3:1) ilk, sentyabrın 22-də “Sumqayıt”la ev qarşılaşmasında (3:1) 50-ci qolu vurub. 100-cü qolu isə noyabrın 17-də Riçard Almeyda “Sumqayıt”ın (2:0) qapısından keçirib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.