banner
banner

İdman

“Beşiktaş”ın uğur sirri baş məşqçisindədir" - Haynkes

“Beşiktaş”ın uğur sirri baş məşqçisindədir" - Haynkes

“Beşiktaş” futbol oynamağı bacarır. Onların bu mərhələyə qədər gəlməsində təəccüblü heç nə yoxdur”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Bavariya”nın baş məşqçisi Yupp Haynkes UEFA-nın saytına açıqlamasında deyib.

Çempionarlar Liqasının 1/8 finalının ilk oyunu çərçivəsində “Beşiktaş”la keçiriləcək görüş haqda danışan təcübəli mütəxəssis rəqib haqda xoş sözlər söyləyib: “Türklər qrup mərhələsinin hər üç səfər oyununda qalib gəlib. Onlara imkan versək, hücum futbolçu oynayacaqlar. “Beşiktaş” öz şansını axtaracaq. Buna hazır olmalıyıq. Bununla belə, inanıram ki, komandam növbəti mərhələyə yüksəlmək üçün bu oyunda ilk addımı atacaqlar. 

Haynkes İstanbul klubunun uğur sirrini komandanın çalışdırıcısı ilə əlaqələndirib: “Beşiktaş”ın sirri baş məşqçisindədir. Şenol Günəşin böyük təcrübəsi var. Yüksək səviyyəli mütəxəssisdir. O, komandanı necə toparlamağı yaxşı bilir. Mən həmkarıma çox hörmət edirəm”.

Qeyd edək ki, bu gün keçirilən “Bavariya” – “Beşiktaş” matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.