İrlandiyada təlim-məşq toplanışında olan Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi bu gün yoxlama oyununda qüvvəsini sınayıb.
Qol.Az-ın məlumatına görə, komandamız irlandiyalı həmyaşıdları ilə qarşılaşıb.
Yığmamız bu görüşdə rəqibinə heç bir müqavimət göstərə bilməyib. Fasiləyə 2:0 hesabı ilə öndə yollanan İrlandiya millisi ikinci hissədə daha 4 dəfə yığmamızı məyus edib - 6:0.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.