BMT-nin Nüvə Agentliyi: İran nüvə razılığının şərtlərinə əməl edir
Beynəlxalq Atom Enerjisi Agentliyinin bildirdiyinə görə, İran nüvə proqramının atom silahları istehsalında istifadə edilə biləcək hissələrini Tehranla əldə edilmiş razılığın şətlərinə uyğun olaraq ixtisar edir.
Agentliyin kvartallıq hesabatında bildirilir ki, Tehran ABŞ, Çin, Rusiya, Fransa, Almaniya və Avropa İttifaqı ilə sanksiyaların ləğvi müqabilində əldə edilən razılığın əsas məqamlarına riayət edir.
Hesabatda İranın uran zənginləşdirilməsi və ağır su istehsalının limiti aşmadığı və razılığa əsasən 3.67 faiz uran zənginləşdirilməsi normasına sadiq qaldığı bildirilir.
Obama dövrü sazişinin tənqidçisi olan Donald Tramp sazişi ləğv edəcəyinə söz vermişdi. Tramp bu sazişi “rüsvayçılıq” adlandırır.
Prezident deyib ki, İran nüvə razılaşması ABŞ-ın daxil olduğu ən pis və ən birtərəfli sazişdir ("Amerikanın səsi").
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.