Ötən gün axşam saatlarında Böyük Britaniyada baş vermiş partlayış barədə yeni xəbər yayılıb. Trend-in məlumatına görə, Lester şəhərində baş vermiş güclü partlayışda 4 nəfərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirilməsi barədə xəbər yayılmışdı.
Yerli hüquq-mühafizə orqanlarının "Twitter" səhifəsində isə partlayış nəticəsində 4 nəfərin ölməsi barədə məlumat verilib.
Partlayışın necə baş verməsi barədə başqa detallar məlum deyil. Polis araşdırmaya başlayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.