banner
banner

Dünya

"Bizim də səbr kasamız var" - DEPUTAT

"Bizim də səbr kasamız var"

"Azərbaycan həmişə bəyan edib ki, biz münaqişənin sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma Azərbaycan xalqının da səbr kasası var". 

ANS PRESS-in məlumatına görə, bu sözləri bu gün "Xocalı" abidəsini ziyarət edən Milli Məclisin vitse spikeri Ziyafət Əsgərov deyib. 

O, deyib ki, Ermənistan prezidenti dəfələrlə danışıqları imitasiya edir. "Biz bir daha görsək ki, onlar bu məsələnin həllində maralı deyil lazımi addımlar atacağıq. Bizim güclü ordumuz var. Biz bundan sonra Ermənistanın şıltaqlığına dözə bilmərik".

Vitse spiker İranla münasibətlərə də toxunub. O, qeyd edib ki, iranlı həmkarlar ilə əlaqələrimiz var və Erməniistanla İran arasındakı isti münasibətlə bağlı dəfələrlə məsələ qaldırılıb. 

"Biz bunu anlamırıq. Ancaq onlar bizə deyirlər ki, bu bizim daxili işimizdir və buna heç kim qarışa bilməz. Bu onların müstəqil siyasətidir. Bəzən deyirlər ki, niyə İsrail ilə əlaqələriniz var. Bu da bizim müstəqil siyasətimizdir". 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.