banner
banner

Dünya

Popokatepetl püskürdü

Popokatepetl püskürdü

Meksikanın paytaxtı Mexikonun şərqində yerləşən Popokatepetl vulkanı yenidən püskürüb. Püskürmə nəticəsində geniş əraziyə kül və daş parçaları sovrulub. 

ANS PRESS-in məlumatına görə, vulkan püskürməsi yaxınlıqda yerləşən Puebla beynəlxalq hava limanında bir sıra uçuşların təxirə salınmasına səbəb olub. Qeyd edilən hava limanı bu səbəbdən son on gün ərzində ikinci dəfə uçuşları təxirə salmalı olub. Vulkanın püskürmə anı kameralara həkk olunub.

Popokatepetl vulkanı paytaxt Mexikodan 72 kilometr məsafədə yerləşir və Latın Amerikasının fəal vulkanlarından hesab olunur. Son bir neçə ay ərzində vulkan bir neçə dəfə püskürüb.




Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.