banner
banner

Sağlamlıq

Şəfa balzamı – Qəpik-quruşa möcüzə

Şəfa balzamı –

Süd zərdabı haqqında yəqin ki, eşitmisiz. İnsanın bağırsaq və immun sistemi üçün vacib olan laktozanın mənbəyidir.

Dünyanın bütün müalicə sanatoriyalarında kosmetik və müalicəvi məqsədlə istifadə olunur. Çünki orqanizm üçün çox vaciblidir. Hələ də bilmirsizsə, evdə hazırlaya bilərsiz.

Medicina.az bildirir ki, süd zərdabı bağırsağın mikroflorasını aktivləşdirir, faydalı bakteriyaları artırır, həzmetməni yaxşılaşdırır. İltihab yaradan bakteriyaları məhv edir, qaz, köp yaranmasının qarşısını alır. Bu primitiv maddə möcüzəvi təsirlə sanki orqanizmi oyadır, normal iş tempinə salır, immuniteti möhkəmləndirir. Müntəzəm istifadə etdikdə, energetik balans yaranır. Məsləhətdir ki, hər gün səhər yeməyindən öncə 1 stəkan içilsin.

Bu zərdab sizin əhvalınızı da qaldıracaq, çünki xoşbəxtlik hormonu serotonini sintez edir. Beyinin tonusunu yaxşılaşdırır, yaddaşı gücləndirir, emosional vəziyyəti düzəldir, insanı stress və yorğunluqdan çıxarır.  Kosmetik məqsədlə üz və saçlara çəkmək olar. Yeri gəlmişkən, qədimdə qızlar çay kənarında saçlarını qatıqla yox, məhz süddən süzülən bu zərdabla yuyardılar. 

Süddən ev şəraitində zərdab süzülməsi qaydası:

1 litr təzə kənd südünü bişirib, bir qaba töküb, isti yerdə turşumağa qoyursuz. Turşuyandan sonra onu orta odda qaynamağa imkan vermədən qızdırırsız. Qətiyyən qaynamamalıdır. Sonra soyudub, bir neçə qat tənzifdən süzürsüz. Süzülmüş şəffaf hissə süd zərdabıdır. Tənzifin üzərində qalmış kəsmik kimi hissəni də müxtəlif cür istifadə edib yeyə bilərsiz.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.