Tibb aləmində belə hesab olunur ki, USM hamiləlik zamanı tam ziyansızdır və qadın və gələcək uşağa mənfi təsir etmir.
Lakin Boston Universiteti alimlərinin son araşdırması bunu təkzib edib. Araşdırmanın nəticələri JAMA Pediatrics jurnalında dərc olunub.
Alimlər 420 autizm xəstəliyi olan uşağın sağlamlıq haqqında məlumatlarını araşdırdıqdan sonra aşkar ediblər ki, bu uşaqlar sağlam uşaqlarla müqayisədə bətn daxilində daha tez-tez orta və güclü US şüalanmanın təsirinə məruz qalıblar. Söhbət ilk növbədə hamiləliyin 1-ci və 2-ci üçaylığından gedir.
Alimlərin fikrinə görə, bu şüalanma dölün neyronlarına (beyin hüceyrələri) təsir edir ki, daha sonra uşaqda autizmin inkişafının riski xeyli artır.
Son zamanlar bütün dünyada uşaqlar arasında autizm halları artmaqdadır. Həmçinin hamiləlik zamanı USM- dən istifadə də xeyli artıb. Alimlər buna ciddi fikir verməyi tövsiyə edir.
Heyvanlar üzərində aparılmış araşdırmalar sübut edib ki, USM neyronlara mənfi təsir edə bilər.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.