banner
banner

İdman

"Beşiktaş" 1/8 finalda, "Trabzonspor" uduzdu

"Beşiktaş" 1/8 finalda, "Trabzonspor" uduzdu

Avropa Liqasında 1/16 finalın cavab oyunlarına start verilib.

Qol.Az-ın məlumatına görə, bu mərhələnin bütün oyunları eyni gündə keçirilib.

1/16 finalın ilk iki oyunu Rusiyada baş tutub. Moskvada "Dinamo" "Anderlext"i, Peterburqda isə "Zenit" PSV-ni qəbul edib. Hər iki oyunda Rusiya təmsilçiləri qələbə qazanaraq 1/8 finala yüksəliblər.

Türkiyə klublarından "Beşiktaş" evdə "Liverpul"u sınağa çəkib. "Qara qartal" doğma meydanda ilk görüşdəki 0:1 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışıb ki, buna da nail olub. Əsas 1:0 hesabı ilə başa çatan oyunda qalib yalnız penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan "Beşiktaş" rəqibinə qalib gələrək 1/8 finala yüksəlib.

"Trabzonspor" klubu isə İtaliyaya səfər edib. İlk görüşdə "Napoli"yə 0:4 hesabı ilə uduzan Trabzon təmsilçisi üçün bu oyun formal xarakteri daşıyırdı. Bu görüşdə 1:0 hesabı ilə qələbə qazanan Neapol təmsilçisi 1/8 finala adlayıb.  

"Qarabağ"la eyni qrupda mübarizə aparmış "Dnepr" klubu Yunanıstanda "Olimpiakos"un qonağı olub. İlk görüşdə rəqibinə 2:0 hesabı ilə qalib gələn Ukrayna təmsilçisi səfərdə bu üstünlüyünü qorumağa çalışacaqdı. Səfərdə 2:2 hesablı bərabərə qalan Ukrayna klubu 1/8 finalda oynamaq hüququ əldə edib. F qrupunu qalib başa vuran "İnter" isə evdə "Seltik"lə münasibətlərinə aydınlıq gətirib. Səfərdə rəqibi ilə 3:3 bərabərə qalan Milan təmsilçisi evdə "Seltik"i 1:0 hesabı ilə üstələyib.

 

 


26 fevral

Avropa Liqası, 1/16 finalın cavab oyunları

00:05. “Atletik” (Bilbao, İspaniya) - “Torino” (İtaliya) - 2:3
Qollar:
 Qualyarella, 16-pen (0:1), İraola, 44 (1:1), Lopez, 45+3 (1:2), de Markos, 61 (2:2), Darmian, 67 (2:3)
(İlk oyun –  2:2)
 
00:05. “Brügge” (Belçika)  - "Olborq" (Danimarka) - 3:0
Qollar:
 Vazkez, 11 (1:0), Oulare, 64 (2:0), Bolingoli-Mbombo, 74 (3:0)
(İlk oyun – 3:1)
 
00:05. “Everton” (İngiltərə) - "Yanq Boyz" (İsveçrə) - 3:1
Qollar:
 Sanoqo, 13 (0:1), Lukaku, 25-pen, 30 (2:1), Mirallas, 42 (3:1)
(İlk oyun – 4:1)
 
00:05. “Feyenoord” (Hollandiya) - “Roma” (İtaliya) - 1:2 
Qollar: 
Lyajiç, 45+2 (0:1), Manu, 57 (1:1), Jervinyo, 60 (1:2)
Qırmızı vərəqələr: te Vrede, 54,  Mulder, 59 ("Feyenoord")
(İlk oyun – 1:1)
 
00:05. “Napoli” (İtaliya) - "Trabzonspor” (Türkiyə) - 1:0
Qol:
 de Quzman, 19 (1:0)
(İlk oyun – 4:0)
 
00:05. “Olimpiakos” (Yunanıstan) - “Dnepr” (Ukrayna) - 2:2
Qollar:
 Mitroglu, 14 (1:0), Fedeçki, 23 (1:1), Dominqez, 90-pen (2:1), Kaliniç, 90+2 (2:2)
Qırmızı vərəqə: Milivojeviç, 52 ("Olimpiakos")  
(İlk oyun – 0:2)
 
00:05.
 “Sportinq” (Portuqaliya) - "Volfsburq" (Almaniya) - 0:0 
(İlk oyun – 0:2)




22:00. “Beşiktaş” (Türkiyə)  - “Liverpul” (İngiltərə) - 1:0 (Penaltilər seriyası - 5:4)
Qol: 
Tolgay Arslan, 73 (1:0)
(İlk oyun - 0:1)

Penaltilər seriyası: 

"Beşiktaş": + + + + +
 
"Liverpul: + + + + -

 
22:00. “Dinamo” (Kiyev, Ukrayna) - "Genqam" (Fransa) - 3:1
Qollar:
 Teodorçik, 31 (1:0), Buyalski, 46 (2:0), Mandanne, 66 (2:1), Qusev, 75-pen (3:1)
(İlk oyun – 1:2)
 
22:00. “Fiorentina” (İtaliya) - “Tottenhem” (İngiltərə) - 2:0 
Qollar: 
Qomes, 54 (1:0), Salah, 71 (2:0)
(İlk oyun - 1:1)
 
22:00. “İnter” (İtaliya) - “Seltik” (Şotlandiya) - 1:0 
Qol:
 Quarin, 88 (1:0)
(İlk oyun - 3:3)
 
22:00. “Borussiya” (Münhenqladbax, Almaniya) - “Sevilya” (İspaniya) - 2:3
Qollar:
 Bakka, 8 (0:1), Xhaka, 19 (1:1), Vitolo, 26 (1:2), Hazard, 29 (2:2), Vitolo, 79 (2:3)
(İlk oyun – 0:1)

22:00. “Legiya” (Polşa) - “Ayaks” (Hollandiya) - 0:3 
Qollar:
 Milik, 11 (0:1), Serero, 13 (0:2), Milik, 43 (0:3) 
(İlk oyun – 0:1)

22:00. "Zalsburq" (Avstriya) - “Vilyareal” (İspaniya) - 1:3
Qollar
: Dyuriçin, 18 (1:0), Vyetto, 33 (1:1),  76 (1:2), Dos Santos, 79 (1:3)
(İlk oyun – 1:2)

21:00. “Dinamo” (Moskva, Rusiya) - “Anderlext” (Belçika) - 3:1 
Qollar:
 Mitroviç, 29 (0:1), Kozlov, 47 (1:1), Yusupov, 64 (2:1), Kuranyi, 90+5 (3:1)
(İlk oyun - 0:0)
 
21:00. “Zenit” (Rusiya) - PSV (Hollandiya) - 3:0 
Qollar: 
Rondon, 29 (1:0), Halk, 48 (2:0), Rondon, 67 (3:0)
(İlk oyun - 1:0)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.