Tibb Universiteti: Bu mövsüm əhali arasında kəskin resperatur virus infeksiyaları sürətlə yayılıb
Bu il payız-qış mövsümündə Bakı şəhəri və rayonlarda əhali arasında kəskin respirator virus infeksiyaları sürətlə yayılıb.
Trend-in məlumatına görə, bunu Azərbaycan Tibb Universitetinin (ATU) II uşaq xəstəlikləri kafedrasının professoru Surxay Musayev “1 mart İmmunitet günü”nə həsr olunmuş tədbirdə deyib.
Onun sözlərinə görə, uşaq və böyüklər arasında sürətlə yayılan bu virus insanların həftələrlə qızdırmalı olmasına səbəb olur. Xəstəliyin uzun müddət davam etməsi onun pnevmaniyaya keçməsinə də səbəb olur:
S.Musayev hesab edir ki, insanların anibiotiklərdən tez-tez istifadə etməsi onların belə viruslara daha tez yoluxmasına səbəb olur: “Buna səbəb insanların antibiotiklərdən tez-tez istifadə etməsidir. Nəticədə orqanizm antibiotikə öyrəşir və sonrakı istifadələrdə bədəndə reaksiya vermir. Antibiotiklərin qəbulu kəskin şəkildə orqnizmdə immun sistemini zəiflədir. 2 həftədən uzun çəkən bronxtilər, burun-qulaq nahiyyəsində olan iltihabi proseslər, uzun müddətli hərarətlər, mədə-bağırsaq xəstəlikləri, xroniki yorulma hissi, tez yorulmaq, işə getməmək həvəsi, yuxululuq hissi immunitetin pozulmasının ilkin əlamətləridir”.
S.Musayev dünya əhalisinin orta hesabla 10 faizinin immunitetinin çox yüksək olduğunu, 10 faizində bu və ya digər formalı immun çatışmazlığının olduğunu, 80 faizə yaxın əhalidə isə immunitetin onların normal həyat tərzi, qidalanması, fiziki gərginliyi, ekoloji amillər, yuxu rejimindən asılı olduğunu söyləyib.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.