banner
banner

Sağlamlıq

Qadınların diqqətinə! Köp bu ağır xəstəliyin simptomu ola bilər

Qadınların diqqətinə!

Adətən köp, qarında ağrılar, meteorizm kimi simptomlar həzm sistemində olan pozulmalarla əlaqələndirilir.

Lakin bəzi hallarda köp digər, həzm sistemi ilə bağlı olmayan xəstəliklərin simptomu kimi meydana çıxır. Bu xəstəliklərdən biri yumurtalıq xərçəngidir.

Yumurtalıq xərçəngi qadınlar arasında ən çox yayılmış xərçəng növlərindən biridir. Digər qadın cinsiyyət sistemi xərçəng xəstəlikləri ilə müqayisədə (uşaqlıq xərçəngi, uşaqlıq boynu xərçəngi) məhz yumurtalıq xərçəngi ən ağır sayılır və daha tez-tez ölümə səbəb olur.

Xəstəliyin erkan aşkar olunması çox vacibdir ki, bu halda sağalma ehtimalı daha yüksək olur.

 

Təəssüf ki, bir çox digər xərçəng xəstəlikləri kimi yumurtalıq xərçəngi də ilk mərhələlərdə özünü çox cüzi simptomlarla büruzə verir. Bu simptomlar arasında: 

- qarında tez-tez köp və ağırlıq hissinin əmələ gəlməsi

- tezləşmiş sidik ifrazı

- menstruasiya ilə bağlı olmayan qanlı ifrazatlar

- cinsi əlaqə zamanı ağrılar

- qəbizlik və ishalın növbələşməsi

- bel nahiyəsində ağrılar

- ürəkbulanması və s.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.