Avropada güclü soyuqlar dövründə azı 49 nəfər həlak olub. Şaxtalar nəticəsində ən çox ölüm halları Polşada qeydə alınıb. CİA.az xarici mediaya istinadən xəbər verir ki, Polşa polisi fevral ayı ərzində 32 nəfərin donaraq öldüyünü bildirib. Bundan başqa Çexiyada 8, Fransada 4, İtaliyada 2, İspaniyada isə 1 nəfər şaxtaların qurbanına çevrilib.
Britaniya KİV-lərinin məlumatına əsasən, London yaxınlığında yerləşən Uellinq şəhərində donmuş göldən öz itini xilas etmək istəyən kişinin cəsədi çıxarılıb.
Niderlandın cənub-qərbində yerləşən Hank şəhəri yaxınlığında isə yaşlı kişi çayda sürüşən zaman buzun altına düşüb. Həmçinin Sloveniya və Serbiyadan da həlak olanlar barədə məlumatlar gəlir, lakin onların dəqiq sayı məlum deyil.
Keçən həftənin sonlarından başlayaraq Avropa qeyri-adi soyuqların və güclü qar fırtınasının təsirinə məruz qalıb. Əlverişsiz hava şəraiti bir çox ölkədə nəqliyyatın işini pozub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.