banner
banner

Dünya

Donbas qazla təmin olunacaq

Donbas qazla təmin olunacaq

Rusiyanın "Qazprom" şirkəti Ukraynaya nəql olunan təbii qazın Donbas regionunun payına düşən hissəsini ayırmağa qərar verib. Rəsmi Kiyev bu bölgəyə sərf olunan qaza görə pul ödəməli olmayacaq.

Bir qədər əvvəl hökumət Donbas regionunda təbii qaz kəmərlərinin zərər gördüyünü əsas gətirərək bu bölgəyə qazın nəqlini dayandırmışdı.

"Qazprom" Rəsmi Kiyevin iştirakı olmadan Donbas regionunu qazla təmin etməyi planlaşdırır.

“Biz müzakirələr çərçivəsində "Naftoqaz"ın göstərdiyi tranzit xətlər vasitəsilə müraciət olunan həcmdə Donbasa qaz nəlq etməyə hazırıq. Hazırki ödənilən məbləğə görə nəql olunan qaz həftəsonuna qədər kifayət edəcək” - deyə "Qazprom"un mətbuat katibi Sergey Kupriyanov bildirib.

Ukraynanın qalan hissələrinin qazla təmin olunması üçün isə, hökumə "Qazprom"a əvvəlcədən ödəniş etməlidir. Hazırkı müqavilənin müddəti fevral ayının sonunda başa çatır.

Avropa Komissiyası enerji və qaz təhlükəsizliyi məsələlərinin müzakirəsi məqsədi ilə hər iki ölkənin enerji nazirlərini Belçikanın paytaxtı Brüsselə dəvət edib.

Rusiyanına Ukraynaya nəql olunan qazı kəsməsi, eyni zamanda, bu ölkə vasitəsi ilə Avropaya nəql olunan qazın 40 faizinin kəsilməsi deməkdir.//ANS



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.