Hollandiyanın Purmerend şəhərində peyda olan bayquş yerli sakinlərin qorxulu yuxusuna çevrilib. ANS PRESS-in məlumatına görə, şəhər rəsmiləri mövzu ilə əlaqədar həyəcan təbili çalırlar.
Bildirilir ki, şəhərdə peyda olan bayquşun insanlara qəfil hücumu səbəbindən xəsarət alanlar və xəstəxanada müalicə olunanlar var. Normal şərtlərdə insanlardan qaçan bayquşun bu hərəkətinin sirri isə tapılmır. Xəsarət alanlardan biri bayquşun hücumunu mismarlı kərpic zərbəsi ilə müqayisə edir:
“Mənim başımın arxasından 2 pəncəsi, 8 caynağı ilə hücum etdi. Bu, başınıza mismarlı kərpicin dəyməsi kimidir”.
Çərşənbə axşamı günü isə meydançada məşq edən 2 atlet bayquşun hücumuna məruz qalıb. Xəsarət lan atletlər xəstəxanaya çatdırılıb. Atletlərin üzv olduğu klubun rəhbərliyi isə ikinci bir göstərişə qədər məşqləri dayandırıb.
Təxminən 7 min əhalisi olan Purmerend şəhəri rəsmiləri, şəhərə çıxarkən insanlara çətir götürməyi məsləhət görüb. Bu məsləhət sosial şəbəkədə zarafat mövzusu olub.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.