Yunanıstanın paytaxtı Afinada yeni hökumətə qarşı etiraz aksiyası başlayıb.
ANS PRESS-in məlumatına görə, özlərini, “Hökumətə qarşı çıxan anarxiyaçılar” adlandıran qrup hökumətlə kreditorlar (borc verən) arasında əldə olunan razılaşmaya öz etirazlarını bildiriblər.
Afina universitetinin qarşısında toplaşan təxminən 300 nəfərlik qrup, burdan parlament binasının da yerləşdiyi “Sintagma” meydanına doğru yürüş ediblər.
Yürüş vaxtı təhlükəsizlik tədbiri görən çevik qüvvət polisi ilə onlara daş və "molotof kokteyli" atan aksiyaçılar arasında insident baş verib. Belə ki, çevik polis aksiyaçlara qarşı gözyaşardıcı qazdan istifadə edib.
Daha sonra aksiyaçılar ətrafda olan ofislərin, bank şöbələrinin, avtobus dayanacaqlarının və telefon köşklərinin şüşələrini sındırıb, yolda olan avtomobillərə od vurublar.
İlkin məlumata görə, aksiyalar zamanı insan tələfatı və yaralanma hadisəsi qeydə alınmayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.