Britaniyada həyat donub - Dəmir yolları və aeroport işləmir
Böyük Britaniyada hökm sürən kəskin hava şəraiti ilə əlaqədar Londonla Brüssel və Paris şəhərləri arasında dəmir yolu rabitəsi kəsilib.
Trend-in məlumatına görə, güclü külək və şaxta ölkədaxili reyslərin də dayandırılmasına səbəb olub.
London metropoliteninin bəzi stansiyaları bağlanıb.
Bundan başqa, ölkənin hava limanlarında da ağır vəziyyət davam edir. Şotlandiyada Edinburq və Qlazqo aeroportları ümumiyyətlə işləmir.
İngiltərədə isə Londonun Hitrou, Qatvik və Stensted, eləcə Mançester hava limanı çoxlu sayda uçuşların ləngidiyini və təxirə salındığı məlumat verilir.
Yüzlərlə avtomobil yollarda qalıb. Şaxtalı havanın davam etdiyi müddətdə 9 nəfərin həlak olduğu bildirilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.