ABŞ prezidenti Donald Tramp həkim məsləhətindən sonra sağlam qidalanmaya keçib.
Trend-in məlumatına görə, həki D.Trampa fastfuddan imtina etməyi məsləhət görüb.
Qeyd olunur ki, fastfud ABŞ prezidentinin sevimli qidası olsa da, artıq iki həftədir ki, hamburger yemir.
D.Trampın çəkisinin 108,4 kiloqram olduğu bildirilir. Bununla əlaqədar ona yağlı yeməklərdən uzaq durmaq və müntəzəm olaraq idman hərəkətləri yerinə yetirmək tapşırılıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.