Topaz Premyer Liqanın 19-cu turunda doğma meydanda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu gün oyunun keçiriləcəyi arenada məşqə çıxıb.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Gəncə şəhər stadionunda keçirilən hazırlıq prosesi mətbuat və azarkeşlər üçün açıq xarakter daşıyıb.
“Sarı-göylər”in heyətində zədəli futbolçu yoxdur. Zədədən sonra tədricən bərpa olunan Dieqo Souzanın vəziyyəti yaxşıdır. Braziliyalı həftənin əvvəlindən başlayaraq kollektiv məşqlərdə iştirak edib.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb