Yayda “Barselona”ya keçidi gündəmdə olan “Atletiko”nun hücumçusu Antuan Qrizmannla bağlı ortaya yeni iddia atılıb. Ulduz futbolçunun kataloniyalılarla şəxsi müqavilə imzaladığı yazılıb. Tərəflərin ötən ilin oktyabr ayında razılığa gəldiyi, bir neçə gün öncə isə münasibətləri rəsmiləşdirdiyi iddia olunur. Qeyd edək ki, “Barselona”nın mövsümün sonunda “Atletiko”ya 100 milyon avro təzminat ödəməklə Qrizmannı heyətinə qatacağı gözlənilir.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb