banner
banner

Sağlamlıq

Balış - sızanaqlar və allergiyanın səbəbi

Balış - sızanaqlar və allergiyanın səbəbi

Diş fırçası və yataq ağlarından fərqli olaraq evlərdə balışlar çox nadir hallarda dəyişdirilir. Xüsusən də balış sevimli olanda.

Londonun Sent Bars xəstəxanasının həkimləri xəbərdar edirlər ki, balışın istifadəsindən 2 il keçəndən sonra onun 1/3 çəkisi toz, gənə, bakteriya və onların həyat fəaliyyətlərinin məhsullarından ibarət olur.

Fərqi yoxdur balış quş tükündəndir, yoxsa sintetikdir. Xəstəxanada yatmaq üçün nəzərdə tutulan balışlar antibiotiklərə davamlı qızıl stafilokokkun (sızanaqlardan tutmuş pnevmoniya və meningitə qədər xəstəliklərin səbəbi) və klostridiya diffisilenin (güclü ishalın səbəbi) daşıyıcısı kimi aşkar olub.

Ev balışlarında bu qədər təhlükəli mikroorqanizmlər olmasa da, dəyişdirilməyən balışlardakı olan toz, diri və ölü gənələr və onların nəcisləri insanı balışı vaxtı vaxtında dəyişməyə düşündürməlidir. Mütəxəssislər balışları hər 6 aydan bir yumağı və ya təzələri ilə əvəz etməyi tövsiyə edirlər. Xüsusilə bu allergik xəstəliklərdən. astmadan, allergik bronxitlərdən əziyyət çəkənlər üçün vacibdir. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.