Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Ebola virusuna yoluxan xəstəni müalicə edən tibb bacılarını qucaqlayaraq öpdüyü üçün virusa yoluxa bilər, lakin buna görə narahat deyil.
ANS PRESS-in məlumatına görə, bu barədə Barak Obama özü Nazirlər Kabinetinin iclasında danışıb.
"Mən Emori Universitetinin xəstəxanasında tibb bacılarına virusa yoluxmuş xəstənin müalicəsində göstərdikləri səyə görə təşəkkür etmək üçün onlardan bir neçəsini qucaqladım və öpdüm. Onlar protokola riayət edirdilər və nə etdiklərini çox gözəl bilirdilər. Ona görə də mən bunu edərkən özümü çox rahat və təhlükəsizlikdə hiss edirdim", - deyə Obama bildirib.
ABŞ prezidenti ölkə ərazisində 2-ci adamın Ebola virusuna yoluxması barədə xəbərlər yayıldıqdan sonra bu bəyanatı verib. Bu xəbər ABŞ sakinləri arasında təşvişə səbəb olub. Keçirilmiş rəy sorğuları göstərir ki, Birləşmiş Ştatlar əhalisinin üçdə-ikisi bu virusdan qorxur.
Barak Obama isə bu epidemiyanın ABŞ ərazisində yayılması ehtimalının "həddindən artıq az" olduğunu deyib. Buna baxmayaraq, Barak Obama bu payız ən böyük təşviqat kampaniyası olacaq Nyu-Cersi və Konnektikut ştatlarına səfərlərini təxirə salıb. Ağ Ev prezidentin Ebola böhranından çıxış yolu axtardığı müddətdə səfərləri təxirə salmağa davam edəcəyini açıqlayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.