Ukraynanın Kiyev şəhərində təlim-məşq toplanışı çərçivəsində 19 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. Qol.az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı xəbərə görə, yığmamız Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 1:1 hesablı heç-heçə edib. Komandamızın heyətində Nino Qurqenidze fərqlənib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.