banner
banner

Sağlamlıq

Tərdən sirkə iyi gəlirsə... Təhlükəli simptom

Tərdən sirkə iyi gəlirsə...

Tərin əsas hissəsini su təşkil edir. Bu səbəbdən tər iysizdir.

Lakin dəriyə düşəndən sonra tər burada yaşayan mikroblar, toz və s. ilə əlaqəyə girir və bu da tərin iyini dəyişir.

Saglamolun.az xəbər verir ki, gigiyena qaydalarının pozulması, çoxlu turş, qızardılmış, ədviyyatlı qidaların qəbulu tər iyinin dəyişilməsinə, daha kəskin olmasına səbəb olur.   

Lakin bəzən tər iyinin dəyişilməsi (sirkə, aseton, xara olmuş balıq iyi və s.) hər hansı xəstəliyin simptomu da ola bilər. Belə ki, tərdən gələn turş, sirkə iyi bu kimi xəstəliklərin simptomu kimi meydana çıxa bilər:

- Şəkərli diabet. Tər iyinin dəyişilməsindən əlavə insanda səbəbsiz susuzluq, sidik ifrazının artması, yaraların gec sağalması kimi simptomlar əmələ gəlir.

- Qadınlarda mastopatiya zamanı tərdən sirkə iyi gəlir. Süd vəzilərdə ağrlar, bərkimiş sahələr varsa, mütləq mammoloqa müraciət edin.

- Vərəm xəstəliyi. Zəiflik, tez yorulma, gecə saatlarında güclü tərləmə vərəm xəstəliyinə işarə edə bilər.    

- Qalxanvari vəzinin fəaliyyətində pozulmalar.

- D və B qrupu vitaminlərinin çatışmazlığı.

- Uşaqlarda raxitin inkişafı zamanı tərin iyi dəyişilir, turş olur. Buna vaxtında fikir vermək lazımdır. Həkim uşağa D vitamini təyin edə bilər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.