Fransa Prezidenti Emmanuel Makron paytaxt Parisdə təşkil olunmuş konqresdə etdiyi çıxışda təhsil sistemində ediləcək bəzi dəyişikliklər haqqında məlumat verib.
Moderator.az xəbər verir ki, Fransada məktəbəqədər təhsilin icbari hala gətirildiyini xatırladan Makron 2019-cu il təhsil mövsümündən etibarən məcburi təsil yaşının 6-dan 3-ə endirdiyini bildirib.
Təhsilinin kiçik yaşdan alınmasının əhəmiyyətindən danışan Makron Fransa dəyərlərinin məktəb vasitəsilə uşaqlara öyrədilməsini təqdir edib.
Qeyd edək ki, Fransada icbari təhsil 6 və 16 yaş arasındadır. Uşaqların 6 yaşdan təhsilə başlaması haqqında olan qanun isə 1882-ci ildən tətbiq olunur.


