21 yaşadək futbolçulardan ibarət milli komandamızın yer aldığı Avropa çempionatının seçmə mərhələsindəki V qrupda bu gün 2 oyun keçirilib.
Qol.az-ın məlumatına görə, qrup lideri Almaniya səfərdə Kosovo ilə görüşdə xal itirib - 0:0.
İsrail - Norveç matçında isə qonaqlar 3 xalı 3 qolla qazanıblar - 3:1. Ardıcıl üçüncü qələbəsini qazanan skandinaviyalılar qrupdakı vəziyyətini xeyli yaxşılaşdırıb.
Qeyd edək ki, millimiz bu dəqiqələrdə səfərdə İrlandiya ilə qarşılaşır. İlk yarıdan sonra görüşdə hesab açılmayıb.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb