İtaliyada ƏMƏLİYYAT - Terrorçu Amri ilə əlaqədə olan 5 nəfər saxlanıldı
İtaliyada keçirilən əməliyyat nəticəsində Berlin terrorçusu Anis Amri ilə əlaqədə şübhəli bilinən 5 nəfər saxlanılıb.
Trend-in məlumatına görə, həmin şəxslərin saxlanılması üçün Romada, eləcə də Neapol və digər şəhərlərdə axtarışlar aparılıb. Saxlanılanlardan birinin A.Amriyə saxta sənəd düzəltməyə çalışmaqda ittiham olunduğu bildirilir.
Qeyd edək ki, A. Amrinin 2016-cı ilin dekabrında Berlinin mərkəzində yük maşınını yarmarkada camatın üzərinə sürməsi nəticəsində 12 nəfər ölmüş, 28 nəfər xəstəxanaya yerləşdirilmişdi.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.