banner
banner

Dünya

Obama İrana vaxt qoydu

Obama İrana vaxt qoydu

“İran 10 il müddətinə nüvə proqramını dondurmalıdır.” ANS PRESS-in məlumatına görə, bu sözləri Amerika Birləşmiş Ştatları (ABŞ) prezidenti Barak Obama “Reuters” agentliyinə verdiyi müsahibədə bildirib. 

O, ancaq bu halda son razılaşmanın mümkün olacağını qeyd edib. 

ABŞ prezidenti nüvə proqramının dondurulması üçün Konqresdən İrana qarşı əlavə sanksiyaların tətbiq edilməsini dayandırmağa çağırıb. Onun fikrincə senatorların məsələyə müdaxiləsi bütün cəhdləri poza bilər. 

Bundan başqa o, mövqeyinin İsrailin baş naziri Binyamin Netanyahu ilə tam fərqli olduğunu diqqətə çatdırıb. Çünki Netanyahu rəsmi Vaşinqtonla Tehran arasında baş tuta biləcək hər hansısa bir razılığın əleyhinədir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.