banner
banner

Dünya

Netanyahu konqresdə çıxış edəcək

Netanyahu konqresdə çıxış edəcək

Amerika Birləşmiş Ştatları Konqresində bu gün İsrailin baş naziri Benyamin Netanyahunun İranın nüvə proqramına dair Qərb ölkələri ilə apardığı danışıqlara qarşı çıxışı gözlənilir.

Netanyahu ötən gün Amerikanın yəhudi icması qarşısında çıxışı zamanı İranı terrorçu ölkə adlandırıb.

“Xanımlar və cənablar, Konqresdə edəcəyim çıxışın məqsədi İranla əldə oluna biləcək istənilən razılaşmanın İsrailin mövcudluğunu təhlükə altına atacağına dair xəbərdarlıq etməkdir. İran dünyada terrorizmi dəstəkləyən ölkədir. İran hazırda 5 qitədə terroristlərə təlim keçir və onları silahlandırır. İran bütün dünyanı terror silahı ilə əhatə edir. O, bunu hələ ki, nüvə silahı olmadan edir. Təsəvvür edin ki, onun nüvə silahı olsa nə edər”

Netanyahunun Amerikaya səfəri Ağ Evin əməkdaşlığı olmadan baş tutub.

Netanyahu qeyd edib ki, onun Konqresdə çıxışı prezident Barak Obamaya qarşı hörmətsizlik kimi anlaşılmalıdır.

Obama Netanyahunun çıxışını qeyri-konstruktiv hesab etdiyi üçün tərəflər arasında fikir ayrılığı yaranıb.

İranla 6-lıq ölkələri arasında rəsmi Tehranın nüvə proqramına dair danışıqların növbəti mərhələsi ötən gün başlayıb.

Avstriyanın paytaxtı Vyanda keçirilən iclasın sonunda Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano İran rəsmilərini ölkənin nüvə fəaliyyətinə dair daha şəffaf olmağa çağırıb.

Yukiya Amano: “İran iddiaların doğru olmadığını deyirsə, bizə qoşulmalıdır. Təlimatlardan boyun qaçırmaq problemin həlli yolu deyil. Təəssüf ki, şəffaflıq prosesi olduqca yavaş gedir”

Danışıqlar çərçivəsində İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif amerikalı həmkarı Con Kerri ilə də görüşüb.//ANS



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.