Məşhur professordan daha bir TÖVSİYƏ: Quyruq yağını əridib içən insanlar...
Türkiyəli professor Canan Karatay çay və fındığın insan sağlamlığı üçün çox faydalı olduğunu bildirib.
Daxili xəstəliklər üzrə həkim, kardioloq Rəcəb Tayyib Ərdoğan Universiteti tələbələrinin iştirak etdiyi “Özünə yaxşı bax” verilişinin qonağı olub.
Canan Karatay yaz və yay aylarında sağlam qidalanma ilə bağlı tövsiyələri verib:
"Qara Dəniz insanı bol-bol avropa ançousu (hamsi balığı) yeyir, amma qızardır. Qızartmayın dedikdə hirslənirlər, qeyd etməliyəm ki, bu balığı qızardanda sağlamlıq üçün təhlükəli olur. Qızartma kanserogen və təhlükədir. Hamsinin hər növünü yeyə bilərsiniz. Kərə yağını səhər-axşam yemək olar. Səhər-axşam əridib için. Fındıq, çay çox faydalı qidalardır. Yaz və yay aylarında fındıq yeyib, şəkərsiz tez-tez çay için. Fındıqla fıstıq təbiətin həm mineralı, həm vitamini, həm karbohidratı, həm omeqa3 anbarıdır, həm də qan yaradır və orqanizmi isidir.
Şəkərsiz çay isə bədəni gümrah saxlayır. Çünki tərkibi ən güclü antioksidantla zəngindir. Odur ki, çay içmək orqanizm üçün faydalıdır".
Quyruq yağını əridib içənlər 95 yaşına qədər yaşayır!
Bütün Anadoluda səhər və günortalar qovurma yemək mədəniyyətinin olduğunu xatırladan Karatay sözlərinə belə davam edib:
"Qovurmanı quyruq yağı ilə birlikdə yeməlisiniz. Bu zaman bədən də gümrah olur, rahatlıqla dağa çıxıb qalxa bilərsiniz. Yumurta sarısı ilə bərabər və bol kərə yağında bişirilməlidir. Anadoluda quyruq yağını əridib içmək ədətdir və buna görə də orada insanlar 90-95 yaşına qədər yaşayır. Deyirlər ki, yağ ürək xəstəliyinə səbəb olur. Bəs hansı yağlardan söhbət gedir? Trans və ya marqarin dediyimiz yağlar əlbəttə ki, təhlükəlidir. Axı illərdir əsrlərdir ki, yediyimiz kənd kərə yağları nə üçün təhlükəli olsun?”.
C.Karatay Qaradəniz havasının təmiz olduğuna da diqqət çəkib:
“Qara dənizin təbiəti çox gözəldir. Əkinçiliklə məşğul olan insanlar üçün qırmızı kələm, brokkoli və hamsi balığı çox mühüm qidalardır. Bu qidalar onlara enerji verir ki, ağır yükü dağlara qalxanda daşıya bilsinlər. Qırmızı kələm orqanizmin qocalma prosesini ləngidir və yaşlanmanı gecikdirir”.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.