"Arsenal" klubunun canlı əfsanəsi Tyeri Anri gələcək planları haqda danışıb.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, Anri "Arsenal"ı çalışdırmaq arzusunda olduğunu bildirib:
"Arsenal"ı çalışdırmağı arzulayıram. Ancaq düzünü desəm, ilk öncə bu işi öyrənməliyəm. Yaxşı oyunçu olmaq, yaxşı baş məşqçi ola biləcəyim anlamına gəlməməlidir. "Arsenal" mənə belə təklif göndərsə, heç vaxt "yox" demərəm".
Qeyd edək ki, 1999-2007-ci illərdə "Arsenal"ın şərəfini qoruyan Anri keçirdiyi 254 oyunda 174 qola imza atıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.