banner
banner

Sağlamlıq

Ürək otu CİNCİLİM. Faydaları

Ürək otu CİNCİLİM. Faydaları

Cincilim qədim zamanlardan həm qida hazırlanması zamanı, həm də müalicəvi ot kimi istifadə olunur.

Qədimdə cincilimi yara, xora, furunkul, müxtəlif şişlərin müalicəsində çox geniş istifadə edirdilər.

Cincilimin bir çox faydalı xüsusiyyətləri var. Cincilimi "ürək otu" adlandırırlar.  Bu ot həqiqətən ürəyin sağlamlığına müsbət təsir edir, ürək əzələsini möhkəmləndirir, təzyiqi tənzimləməyə kömək edir.

Bundan əlavə cincilim sinir sistemi üçün də çox faydalıdır - sakitləşdirir, əsəbiliyi aradan qaldırır.  Sakitləşdirici çay resepti: 1 ç.q. xırda doğranmış cincilimi 1 fincan qaynar suda dəmləyin, süzün və adi çay kimi için.  

Cincilim nəfəs yollarını selikdən təmizləyir, bronxit, öskürək zamanı faydalıdır.

Cincilim ödqovucu təsirə malikdir, öd kisəsində durğunluq proseslərini azaldır, qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Cincilim mədə ağrılarını və köpü azaldır, qəbizlik zamanı kömək edir.

Cincilim uşaq əmizdirən qadınlarda laktasiyanı artırır, mastitin qarşısını alır.

Revmatizm, oynaq ağrıları, varikoz xəstəliyi zamanı cincilimi blenderdə xırdalayın, tənzifin üzərinə qoyun və ağrıyan oynaqların, genişlənmiş damarların üzərinə kompress şəklində qoyun.

Uşaqlarda diatez zamanı cincilimi dəmləyin, süzün və bu dəmləməni uşağı çimizdirəndə vannaya əlavə edin.  

Cincilim həmçinin əla kosmetik vasitədir - dərini cavanlaşdırır, təmizləyir, sızanaqları aradan qaldırır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.