Albaniya hökuməti Rusiya vətəndaşları üçün viza rejimini ləğv etmək barədə qərar qəbul edib. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in məlumatında deyilir.
Albaniya diplomatik nümayəndəliyindən Rusiya vətəndaşları üçün viza rejiminin ləğvinin aprelin 1-dən oktyabrın 31-dək qüvvədə olacağı bildirilib.
Məlumata görə, bu müddət ərzində viza məcburiyyəti qaldırılsa da, bura səfər edəcək Rusiya vətəndaşları üçün tibbi sığorta məcburi olaraq qalacaq.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.