Türkiyənin məşhur media orqanlarından “Milliyet” qəzetinin “İlin idman mükafatları-2017” tədbiri keçirilib. "İlin komandası" mükafatına namizədlər arasında "Qarabağ"ın da adı olub. Lakin bu nominasiyada ilk yerə “Fənərbaxça”nın basketbol komandası layiq görülüb. "Qarabağ" isə "Jüri" xüsusi mükafatı ilə təltif edilib. Mükafatı klubun vitse-prezidenti Tahir Gözələ Türkiyə milli komandasının baş məşqçisi Mirça Luçesku təqdim edib. Qeyd edək ki, “Qarabağ”ın vitse-prezidenti Tahir Gözəl, klubun direktoru Əmrah Çəlikəl və baş məşqçi Qurban Qurbanov da tədbirdə iştirak ediblər
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.