“Milan” rəhbərliyi komandanın baş məşqçisi Cennaro Qattuzo ilə bağlı qərar verib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, gənc məşqçinin müqavilə müddəti 2021-ci ilin iyun ayına qədər uzadılıb.
İtaliya mətbuatı yeni müqavilənin şərtinə görə, Qattuzonun ilinə 2 milyon avro qazanacağını yazıb.
Qeyd edək ki, İtaliya millisinin sabiq üzvü 1999-2012-ci illərdə “Milan”da çıxış edib. 2013-cü ildən məşqçiliyə başlayan veteran yarımmüdafiəçi ötən ildən “Milan”ı çalışdırır
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.