banner
banner

İdman

"Roma" turu keçəcəyinə "Barselona"dan daha çox inanırdı"

"Roma" turu keçəcəyinə "Barselona"dan daha çox inanırdı"

"Barselona" niyə uduzdu? Çətin sualdır. Hazırda Valverde özü də bu suala cavab axtarır".

Bu sözləri Qol.az-a açıqlamasında “Qəbələ”nin əvəzedici komandasının sabiq baş məşqçisi Luis Araqon deyib. 2012-2015-ci illərdə əyalət klubunda çalışmış ispan mütəxəssis Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Barselona”nın səfərdə “Roma”ya 0:3 hesablı məğlubiyyətinin səbəblərini açıqlayıb:

“Dünən “Roma” meydanda “Barselona”dan daha yaxşı idi. Hətta İspaniyadakı matçda da italyanlar 1:4 hesablı məğlubiyyətə layiq deyildi. Onlar hər iki görüşdə oyuna nəzarət edən tərəf idilər. Dünən də meydanda ürəklərini ortaya qoydular, öz ruhları ilə mübarizə apardılar. Növbəti mərhələyə keçəcəklərinə “Barselona”dan daha çox inanırdılar”.

Vaxtı ilə “Barselona”da seleksiyaçı-məşqçi kimi çalışan Araqonun fikrincə, Kataloniya klubu bu mövsüm ən pis oyununu sərgilədi: “Deyərdim ki, Romadakı matç “Barselona”nın bu mövsüm Çempionlar Liqasında ən pis oyunu idi. Əgər sən oyun üslubunu itirmisənsə, artıq evə getməlisən. Ötən il PSJ ilə oyunu xatırlayın. “Barselona” daha yaxşı oynadı və geri dönüş etdi. Dünən isə “Roma” mübarizə apardı və qalib gəldi. Bu futboldur. 11-in 11-ə olan oyun”.

İspan mütəxəssis bu gün keçiriləcək “Real” – “Yuventus” matçına da toxunub. Araqon “kral klubu”nun səfərdəki 3:0 hesablı qələbəsinə baxmayaraq təmkinli danışıb: “Düşünmürəm ki, oyunun taleyi Turində həll olunub. Qarşıda daha bir matç var. 90 dəqiqənin sonunda hər şey ola bilər”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.

21 yaşlı Arda Gülərlə bağlı ŞOK İDDİA yayıldı – SON DƏQİQƏ

İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.