banner
banner

Dünya

Avropa İttifaqı ABŞ-dan şikayət edib

Avropa İttifaqı ABŞ-dan şikayət edib

Avropa İttifaqı (Aİ) Çinin ardından polad və alüminium məmulatlarına tətbiq olunan rüsumlarla bağlı mübahisə çərçivəsində ABŞ-dan Dünya Ticarət Təşkilatına (DTT) şikayət edib.

AZƏRTAC xəbər verir ki, DTT-nin mətbuat xidməti bununla bağlı məlumat yayıb. Aİ “böyük marağı olan ixracatçı kimi” Birləşmiş Ştatlarla təcili məsləhətləşmələr aparılmasını tələb edib.

Avropa Komissiyasına yaxın dairələrdən məlum olub ki, artıq Aİ və ABŞ arasında “müxtəlif səviyyələrdə” danışıqlar aparılır. Aİ tələb edir ki, ittifaqa üzv ölkələrin polad və alüminium istehsalçıları yüksək tariflərdən “qeyd-şərtsiz” azad olunsun.

Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp polad üçün 25 faiz, alüminiuma isə 10 faiz rüsum qoymuşdu. Kanada, Meksika, Avstraliya, Argentina, Braziliya, Cənubi Koreya və Aİ ölkələrinə müvəqqəti güzəşt edilmişdi. Aprelin əvvəlində Çin tarif məsələlərinə dair DTT-nin arbitrajına müraciət edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.