banner
banner

Dünya

“Apple” yeni planşet təqdim etdi

“Apple” yeni planşet təqdim etdi

“Apple” şirkəti 9,7 düymlük ekranla təchiz edilmiş “iPad Air” planşetinin yeni versiyasını nümayiş etdirib. Qurğunun korpusunun qalınlığı 6,1 mm təşkil edir. Cihaz “Apple”ın baş direktoru Tim Kuk tərəfindən elan edilib.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, “Apple” şirkətindən bildirilib ki, bu model bazarda ən nazik planşetdir.

"ICTnews" elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, yeni planşet 64 bitlik güclü “A8X” prosessoru ilə təchiz edilib.

“iPad Air” planşet kompüterində "Ev" düyməsinə tikilmiş “Touch ID” barmaq izləri skaneri əlçatan olub. Xatırladaq ki, bu həll ilk dəfə “iPhone” smartfonunda quraşdırılıb. Nəticədə “Apple Pay” ödəmə sisteminin proqramlar üzərindən istifadəsi mümkün olacaq.

Tam ölçülü “iPad Air 2”, həmçinin təkmilləşdirilmiş 8 meqapiksellik kamera və ekran yeni parıltı əleyhinə örtüklə təchiz olunub.

Nəhayət, yeni “iPad Air 2” planşet kompüteri qızılı rəngli korpusda buraxılacaq. Qeyd edək ki, çeşiddən 32 QB-lıq model çıxarılıb, indi istifadəçilər 16, 64 və 128 QB-lıq modifikasiyaları satın ala biləcəklər.

Oktyabrın 17-dən etibarən “iPad Air” planşeti üçün ilkin sifariş açılacaq, bir həftə sonra qurğuların tədarükünə başlanılacaq. “Wi-Fi” modullu modellərin qiyməti 499-699 ABŞ dolları, LTE modullu isə 629-829 ABŞ dolları təşkil edəcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.