"Arsenal" klubunun baş məşqçisi Arsen Venger yenidən "Monako"nu çalışdıra bilər.
Qol.Az-ın "Daily Mail"ə istinadən verdiyi məlumata görə, Fransa təmsilçisi artıq təcrübəli mütəxəssisə rəsmi təklif göndərib.
64 yaşlı mütəxəssis "Monako"nun təklifini qəbul edəcəyi təqdirdə ilinə 10 milyon funt-sterlinq qazanacaq. Lakin "Arsenal"la 2017-ci ilə qədər müqaviləsi olan Vengerin hansı qərarı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, Venger 1987-1994-cü illərdə "Monako"nu çalışdırıb.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.