“Hər zaman kubok oyunu çempionatdan fərqlənir. Kubok titula gedən ən qısa yoldur. Önəmli futbol ölkələrində bəzən kuboka maraq göstərmirlər. Amma Azərbaycanda belə deyil. Qızğın mübarizə gedir".
Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan kubokunun 1/4 finalında "Xəzər Lənkəran"a 2:0 hesabı ilə qalib gəldikləri matçdan sonra deyib.
“Xəzər Lənkəran”ın futbolçularına və məşqçisinə təbrik düşür. Çünki onlar gənc olmalarına baxmayaraq, bizimlə ayaqlaşırdılar" - deyə o bildirib.
K.Sxadadze rəqibin səhvlərindən yararlandığını söyləyib: "Amma buna baxmayaraq, cavab oyunu çətin olacaq. Xüsusən də, qarşılaşmanın əvvələri çətin keçəcək”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.