Kim Jong-Un 1953-cü ildə Koreya müharibəsindən sonra yarımadanı ayırmaqda olan hərbi xətti keçən ilk Şimali Koreya lideridir.
Simvolizm və təntənə ilə zəngin olan görüş anında Cənubi Koreya lideri Moon Jae-in və cənab Kim sərhəddə əl sıxışıblar.
Cənab Kim isti açılış mübadiləsində "səmimi" müzakirələrə ümid etdiyini söyləyib.
Bir neçə ay əvvələ qədər Şimali Koreyanın davranışı müharibə xarakterli idi, lakin indi onlar sülh müqaviləsini və nüvə silahlarını müzakirə edə bilərlər.
Zirvə görüşündə müzakirə ediləcək məsələlərin çoxu əvvəlcədən razılaşdırılmışdı, lakin bir çox analitiklər Şimal tərəfinin iştirak üçün göstərdiyi coşquya şübhə ilə baxırlar.
Liderlərin sərhəddə əl sıxışması anında bütün Cənubi Koreya donub qalmışdı.
Auditoriya cənab Kimin Cənubi Koreya prezidentini iki ölkəni ayıran xətti keçməyə dəvət etməsini təəccüblə izləyiblər.
Bu, görünür hadisələrin son dərəcə xoreoqraflaşdırılmış ardıcıllığında planlaşdırılmamış an idi. Liderlər Cənubi Koreya tərəfində ənənəvi kostyumda olan şərəf qarovulları tərəfindən qarşılanıb.
Daha sonra isə iki ölkə arasında silahsızlaşdırılmış bölgə olan Panmunjomda Sülh Evinə yollanıblar.
"Yeni tarix indi başlayır - tarixin başlanğıc nöqtəsində və sülh dövründə", - deyə cənab Kim qonaq kitabında yazıb.
Yığıncağın ağırlığı da - Koreya liderləri arasında onillikdən çox dövrdə ilk dəfə - yüngül anlarla vurğulanıb. Cənab Kim Şimali Koreyanın məşhur soyuq əriştələrinin görüşə gətirilməsini zarafata çevirib.
"Ümid edirəm ki, gətirdiyimiz əriştələrdən çox məmnun olacaqsınız", - o deyib (BBC-Azərbaycanca).
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.