banner
banner

İdman

Futbolda ağ kart

Futbolda ağ kart

UEFA prezidenti, keçmiş futbolçu olan Mişel Platini indi də yazıçı olub.

ANS PRESS-in məlumatına görə, fransız futbolçunun "Parlons Football" (Futboldan danışaq) adlı kitabı dərc edilib.

Onun kitabının böyük maraq yaradacağı gözlənilir. Platini kitabında futbolun qaydaları ilə bağlı radikal dəyişiklər təklif edib.

O, sarı və qırmızıdan sonra ağ kartın oyuna gətirilməsini təklif edib. Bu kartı alan oyunçular 10 dəqiqə oyunu kənardan izləyəcək. Kartdan şiddətli etiraz, sözdən çıxma, sözlə mübahisə zamanı istifadə edilə bilər.

Onun təklif etdiyi yeni dəyişiklik komandalara 5 futbolçu dəyişməyə də imkan verə bilər.

UEFA prezidenti oyun ərzində oyunçu əvəzləmək haqqının da artırılmasını təklif edib. Onun sözlərin görə, daha 2 əvəzləməyə imkan yaradılmalıdır. Platini bu iki oyunçu dəyişdirmənin dövrə arasında edilə biləcəyini qeyd edib.

Platinin bir digər təklifinə görə, 5--ci və 6-cı hakimlərə sərbəstlik verilməldir və onlar oyunun içərisində olmalıdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.