banner
banner

Dünya

Saakaşvili kömək istəyir

Saakaşvili kömək istəyir

Ukrayna prezidenti Petro Poroşenkonun müşaviri, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ABŞ Senatında keçirilən dinləmədə iştirak edib, Vaşinqtonu rəsmi Kiyevi döyüş silahı ilə təmin eməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, o, Senatın Xarici Əlaqələr Komitəsində çıxış edib və deyib ki, Ukraynaya tank əleyhinə silahlar lazımdır və bu, Rusiyanın irəliləməsinin qarşısını almaq üçün vacibdir. Bu silahlarsız Ukraynanın ölkə kimi mövcud olması şübhə doğurur. Rusiya Ukraynanın cənubunda və şərqində daha çox ərazi tutacaq və Kiyev hökumətini devirməyə çalışacaq."

M.Saakaşvili Ukraynanı silahlandırmaq üçün Birləşmiş Ştatların Avropa müttəfiqləri ilə əməkdaşlığ etməsi barədə deyib ki, Almaniya bu siyasətə razılaşan deyil. 

Dinləməyə qatılan Rusiya müxalifəti nümayəndəsi Harri Kasparov söyləyib ki, Rusiya prezidenti Vladimir Putin hər hansı həll yoluna maraq göstərmir və müxalifət lideri Boris Nemtsovun Kremlin yaxınlığında öldürülməsində birbaşa rol oynayıb. Qətl olmasaydı, Nemtsov Rusiyanın Ukraynanın şərqində hərbi birləşmələrinə dair sübut-dəlil açıqlayacaqdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.