UEFA-nın prezidenti Aleksander Çeferin Azərbaycan prezidenti İlham Əliyevi növbəti dəfə prezident seçilməyi münasibətilə təbrik edib.
Cia.az-ın “Azərtac”a istinadən yaydığı xəbərə görə, təbrikdə bildirilir:
“Zati-aliləri.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.
Azərbaycanda futbolun inkişafı ilə bağlı 2016-cı ildə Bakıda keçirdiyimiz görüşü məmnunluq hissi ilə xatırlayıram. İcazə verin, ötən müddətdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) və valehedici ölkənizin milyonlarla futbol azarkeşinə verdiyiniz dəstək üçün Sizə bir daha təşəkkürümü bildirim.
Prezidentliyinizin yeni dönəmində Bakıda dünya miqyaslı iki futbol tədbiri keçiriləcək - UEFA Avropa Liqası 2019-un final oyunu və Avro-2020-nin oyunları. Əminəm ki, Sizin dəstəyiniz və AFFA-nın diqqətəlayiq səyləri sayəsində hər iki vacib yarış birmənalı şəkildə uğurla keçiriləcəkdir.
Ali dövləti fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar arzulayıram".
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb