Türkiyədə bu gün səhər saatlarında bir neçə zəlzələ baş verib.
Trend-in türk KİV-lərinə istinadən verdiyi məlumata əsasən, yerli vaxtla saat 05:30 Bolu vilayətində 3,8 bal gücündə zəlzələ olub. Zəlzələ ocağının dərinliyi 8 kilometr təşkil edib.
İki dəqiqə sonra vilayətdə bir daha zəlzələ baş verib. Bu dəfə zəlzələnin gücü 4 bal olub. Ocağın dərinliyi - 5 kilometr.
Qeyd olunur ki, Çanaqqala vilayətində 05:04-də 4,3 bal gücündə zəlzələ olub. Zəlzələ ocağının dərinliyi 7 kilometr təşkil edib.
Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.