“Intel” korporasiyası hakerlərin kompüterləşmiş saatlara müdaxiləsinin qarşısını almaq üçün antivirus proqram təminatının buraxılışını elan edib.
ANS PRESS-in məlumatına görə, müasir elektronika daha müxtəlif və mükəmməl olur, ancaq virus təhlükəsi müxtəlif qurğuların sahibləri üçün daha təhlükəli hal alır. Kibercinayətkarlar kompüterlərdən başqa, mobil qurğuları hədəfə alıblar və onların yeni hədəfi daşınan cihazlar ola bilərlər. Bu barədə "ICTnews" elektron xəbər xidməti bildirir.
"Biz "ağıllı" saatlar haqda ürək ritmini ölçən qurğular kimi düşünməyə öyrəşmişik, amma bəzi insanlar belə əhəmiyyətsiz informasiyanın bütövlüyündən ehtiyatlanırlar" – “Intel”in baş direktoru Brayan Krjaniç deyib.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.